Neft 7 ildə ən aşağı həddə düşdü

15-12-2015, 13:15
81 158

Neftin qiyməti 2009-cu ilin fevralından bəri ən aşağı həddə düşüb. Görünür, İranın neft ixracını artıracağını bildirməsi OPEC üzvlərinin durumu daha da kəskinləşdirəcəyinə dair söz-söhbətə yol açıb.

İranın neft nazirinin müavini Əmir Hüseyn Zamaniniya deyib ki, ölkənin neft nəqlini azaltmaq planı yoxdur. Neft ixracatçısı olan ölkələrin - OPEC üzvlərinin də bazarı qorumaqdan ötrü istehsala hədd qoymaq planlarından əl çəkməsi qiyməti qlobal maliyyə böhranı həddinədək aşağı salıb.

"Bloomberg" yazır ki, bu aşırı istehsal ən azı gələn ilin sonunadək - tələb artımı yavaşıyana və istehsalı maksimumlaşdırmaq üçün OPEC "yenidən qətiyyət" göstərənədək sürəcək. Beynəlxalq Enerji Agentliyinin mövqeyi belədir.

"Qiymət savaşı, görünür, gələn ilin sonunadək çəkəcək" - Seulda "Samsung Futures İnc."in təhlilçisi Honq Sunq Ki belə deyir və əlavə edir: "İran istehsalı artırdıqca Səudiyyə Ərəbistanı kəsə bilməyəcək".

Yanvarın ilk həftəsində beynəlxalq sanksiyaların qaldırılacağını gözləyən İran artıq özünə müştəri də tapıb.

A.H.Zamaniniya Tehranda verdiyi müsahibədə deyib ki, hökumət investorlara neft və qaz kontraktları təklif etməyə hazırlaşır.

"Bloomberg"in topladığı statistikaya görə, İran ötən ay günə 2,8 milyon barel neft çıxarıb: "Qiymətlərin aşağı olduğu bazarı düşünürük, ona görə də ən mümkün həddə düşə bilər, biz ən pis ssenariyə hazırıq".скачать dle 10.6фильмы бесплатно



Şərh yaz