AŞPA həmməruzəçiləri Bakıya gəlib

12-01-2017, 10:31
2 618

AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Azərbaycana gəlib.

Vediinfo.az Avropa Şurasının Bakı nümayəndəliyinə istinadən bildirir ki, yanvarın 14-dək davam edəcək səfər zamanı onlar Azərbaycan prezidenti, parlamentin spikeri, ədliyyə və daxili işlər nazirləri, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, baş prokuror, Vəkillər Kollegiyasının rəhbəri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcəklər.

Həmməruzəçilərin vətəndaş cəmiyyətinin təmsilçiləri, parlamentdə təmsil olunmayan siyasi partiyaların üzvləri ilə görüşləri də nəzərdə tutulur.скачать dle 10.6фильмы бесплатно



Şərh yaz