İlham Əliyev Ordubad SES-in təməlqoyma mərasimində

11-01-2017, 13:49
6 545

Yanvarın 11-də Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, su qəbuledici qurğu, çökəltmə hovuzu, derivasiya kanalı, yükləmə hovuzu daxildir. Bundan başqa, burada metal boru xətti, aparıcı kanal, sutullayıcı və balıqaxıdan qurğular da yaradılacaq. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq. Tənzimləyici dəmir-beton bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Derivasiya tipli kanalın uzunluğu 12738 metr olmaqla, maksimum su sərfi saniyədə 126,6 kubmetr təşkil edəcək.

Dövlətimizin başçısı yeni stansiyanın təməlini qoydu.

Belə stansiyaların istifadəyə verilməsi Azərbaycanda, o cümlədən Naxçıvanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla davam etdiyini bir daha nümayiş etdirir. Bu cür layihələrin icrası həm də respublikada dövlətimizin başçısının tapşırığı ilə alternativ və bərpa olunan enerjidən istifadənin geniş tətbiqi üçün hərtərəfli imkanlar açır.

Sonda xatirə şəkli çəkdirildi.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

İlham Əliyev Ordubad SES-in təməlqoyma mərasimində

İlham Əliyev Ordubad SES-in təməlqoyma mərasimində

İlham Əliyev Ordubad SES-in təməlqoyma mərasimində

İlham Əliyev Ordubad SES-in təməlqoyma mərasimində

İlham Əliyev Ordubad SES-in təməlqoyma mərasimində
скачать dle 10.6фильмы бесплатно



Şərh yaz